İyl
2020
12:24
51
209
17231
Virtual karabakh

Evdən çıxmaq üçün 8103-ə avtomobilin seriya nömrəsi də göndərilməlidir? - RƏSMİ

2 İyl, 2020
12:24
17231

Evdən çıxmaq üçün 8103-ə avtomobilin seriya nömrəsi də göndərilməlidir? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzi saytlarda müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək istəyən vətəndaşların şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə yanaşı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da 8103-ə göndərməli olduqları barədə məlumat yayılıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda 8103 SMS icazə sisteminin fəaliyyəti ilə bağlı dəyişiklik yoxdur:

“Sistemlə əlaqəli hər hansı bir yenilik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək üçün şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə yanaşı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının da 8103-ə göndərilməsinə ehtiyac yoxdur”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri