İyl
2020
12:43
19
522
9002
Virtual karabakh

ATU-nun şöbə müdiri: “Koronavirusa yoluxan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır”

4 İyl, 2020
12:43
9002

ATU-nun şöbə müdiri: “Koronavirusa yoluxan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Neonatalogiya şöbəsinə yeni doğulanlarla yanaşı, COVID-19 aşkar edilən hamilə qadınlar da yerləşdirilib. Bu səbəbdən yeni doğulan körpələr xüsusi nəzarət altındadır”.

Oxu.Az xəbər verir ki, bunu şöbə müdiri Aygün Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, körpələrdə hansı testlərin aparılması, metodların tətbiqi ilə bağlı həkimlər təlimatlandırılıb:

“COVID-19 pozitiv olan analardan doğulan 16 körpə hazırda şöbədə həkimlərin nəzarəti altındadır. Onlardan 12-si bizim klinikada dünyaya gələnlər, dördü isə digər klinikalardan köçürülənlərdir. Dörd körpənin klinikamıza köçürülməsinə səbəb isə doğuşdan sonra anada koronavirus infeksiyasının aşkar olunması olub”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri