İyl
2020
18:40
35
179
14728
Virtual karabakh

Nazirlər Kabinetindən pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı QƏRAR

6 İyl, 2020
18:40
14728

Nazirlər Kabinetindən pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı QƏRAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Qərar qəbul edib. 

Oxu.Az xəbər verir ki, qərara əsasən, “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları” təsdiq edilib. 

Müəyyən edilib ki: 

- koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan iki dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır;

- qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında bir metrdən, masalararası məsafələr isə iki metrdən az olmamalıdır;

- hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir.

Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri