İyl
2020
23:35
108
171
2690
Virtual karabakh

AZAL çarter reysi ilə 189 nəfəri Kiyevdən vətənə gətirdi - FOTO

9 İyl, 2020
23:35
2690

AZAL çarter reysi ilə 189 nəfəri Kiyevdən vətənə gətirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 9-da Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Kiyevdən çarter reysi yerinə yetirərək 189 həmyerlimizi vətənə çatdırıb.

AZAL-dan Oxu.Az-a verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb.

Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

Bizimlə əlaqə saxlayın

Digər Azərbaycanda koronavirusla bağlı xəbərlər xəbərləri