10 
İyl
2020
17:13
31
349
15977
Virtual karabakh

TƏBİB rəsmisi yayla əlaqədar rayona getmək istəyənlərə səsləndi

10 İyl, 2020
17:13
15977

TƏBİB rəsmisi yayla əlaqədar rayona getmək istəyənlərə səsləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yay mövsümü ilə əlaqədar rayona gedə bilməyən insanlardan çoxsaylı müraciətlər alırıq”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, təəssüf ki, bütün dövrlərdə pandemiya ilə mübarizədə ən effektiv üsul karantin metodudur:

“Bu xəstəliyin inkubasiya dövrü 14 gündür. İnsanlar Bakıdan rayona və ya rayondan paytaxta gəlməklə digər insanları da bilmədən yoluxdura bilər.

Bu məsələ nəzərə alınır. İnsanların həyatını riskə atmamaq üçün bu məsələ hələlik müzakirə edilir. Səbrli olmağı tövsiyə edirik”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri