10 
İyl
2020
20:45
21
230
5377
Virtual karabakh

Həbsxanalarda məhkumların koronavirusa yoluxması ilə bağlı rəsmi AÇIQLAMA

10 İyl, 2020
20:45
5377

Həbsxanalarda məhkumların koronavirusa yoluxması ilə bağlı rəsmi AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu günədək ədliyyə sistemində çalışan şəxslərdən və məhkumlardan 13 minədək test nümunələri götürülüb.

Bu barədə Oxu.Az-a Ədliyyə Nazirliyi Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aparılmış kütləvi test müayinələri nəticəsində cəmi 18 nəfərdə, o cümlədən 4, 12 və 14 saylı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlarda virusun göstəriciləri pozitiv çıxıb.

Həmin şəxslər də dərhal izolyasiya olunub və xüsusi müalicə müəssisinə yerləşdirilib. Bu tibb ocağı zəruri avadanlıq və dərman vasitələri, habelə xüsusi havalalandırma sistemi ilə təchiz olunub. Hazırda virusa yoluxmuş məhkumların sağlamlıq durumu kafidir, ağır vəziyyətdə olan yoxdur. Onların müalicəsi üçün müvafiq tədbirlər görülür və səhhətləri daim həkim nəzarətində saxlanılır.

Virusa yoluxmuş məhkumlardan vaxtı çatmış iki nəfər şərti azad olunaraq izolyasiya və müalicə üçün TƏBİB-ə təhvil verilib. Hazırda vəziyyət tam nəzarətdədir və narahatlığa əsas yoxdur.

Penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Azərbaycanda koronavirusla bağlı xəbərlər xəbərləri