12 
İyl
2020
13:05
175
450
8432
Virtual karabakh

Bakı polisi yoxlamaları davam etdirir - FOTO

12 İyl, 2020
13:05
8432

Bakı polisi yoxlamaları davam etdirir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda iri supermarketlər şəbəkələrində, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda, yollarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, sakinlərin diqqətinə çatdırılıb ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etmələri vacibdir.

Eləcə də fəaliyyətinə icazə verilən qapalı məkanlarda xidmət personallarından qaydalara əməl etmələri tələb olunur.

Yoxlamalar zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etməyən şəxslər aşkarlandıqda həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri