13 
İyl
2020
17:48
272
342
8092
yuxarı
Qaxa istirahətə gedənlər cəzalandırıldı - FOTO
13 İyl, 2020
17:48
8092
272
342
Qaxa istirahətə gedənlər cəzalandırıldı - FOTO
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejimi elan olunan rayonlardan icazələri olmadan, qaydaları pozaraq, istirahətə gedən şəxslərin müəyyən edilməsi məqsədilə tədbirlər davam etdirilir.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən reyd zamanı icazələri olmadan və yaxud iş üçün icazələri olsa da, Qax rayonuna istirahət məqsədilə gedən şəxslər müəyyən edilib.
Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
20 
Apr
2024
13:57
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - YENİLƏNİR + FOTO/VİDEO
53
316
10770
20 
Apr
2024
12:15
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
68
10
566
20 
Apr
2024
12:08
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
58
9
2089