Avq
2020
10:41
158
171
2756
Virtual karabakh

Qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlər cərimələndi - FOTO

4 Avq, 2020
10:41
2756

Qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlər cərimələndi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə qarşı tədbirlər davam etdirilir.

Daxili işlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən böyük supermarketlərdə keçirilən reyd zamanı bəzi müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkar edilib.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, sanitar-gigiyenik tələblər izah olunub. Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi bildirilib. Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb.

Qaydaları pozanlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, 100 manat məbləğində cərimə olunublar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri