10 
Avq
2020
14:01
90
209
4454
Virtual karabakh

Ad günü keçirmək istəyən 15 nəfər cərimələndi - VİDEO

10 Avq, 2020
14:01
4454

Ad günü keçirmək istəyən 15 nəfər cərimələndi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmirdə karantin rejimini pozan kafe aşkarlanıb.

Baku TV xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Xəlsə kəndində fəaliyyət göstərən kafedə 15 nəfər rayon sakininin ad günü keçirərək karantin qaydalarını pozması faktı aşkarlayıb.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kafe sahibi Babaşov Namiq Cəfər oğlu və onun müştəriləri saxlanılaraq rayon polis şöbəsinə dəvət olunublar.

İlkin olaraq polis əməkdaşları onlara karantin rejiminin qaydalarını izah ediblər.

Saxlanılanlar etdikləri əməldən peşman olduqlarını bildiriblər. Sonra onların hər biri barəsində inzibati xətalar məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndinə əsasən inzibati cərimə tətbiq olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri