12 
Avq
2020
17:18
33
139
4363
Virtual karabakh

Dermatoloqla isti havada tibbi maskanın zərərləri ilə bağlı VİDEOMÜSAHİBƏ

12 Avq, 2020
17:18
4363

Dermatoloqla isti havada tibbi maskanın zərərləri ilə bağlı VİDEOMÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırkı vəziyyətlə əlaqədar olaraq yay aylarında tibbi maskadan istifadə edərkən bəzən üz dərimizdə müxtəlif fəsadlar yaranır. 

Həkim-dermatoloq Günay Mikayılova Baku TV-yə bildirib ki, maskalar ən azı gündə bir dəfə dəyişdirilməlidir:

“Maskalar ətraf mühitlə təmasda olur. Kənardan toz, külək təsirini göstərdiyi üçün bakteriyalar yığını olur və ona görə üzümüzdə müəyyən iltihabi proseslər başlaya bilər.

Tibbi maska havasız şəraitdə makiyajın üstündən də taxılır. Ona görə də çox makiyaj etmək tövsiyə olunmur”.

G.Mikayılova onu da qeyd edir ki, bu mənada istifadə edilən maskaların da materialı önəmlidir:

“Sintetik maskalardan uzaq durmaq lazımdır. Amma yenə də üzdə müəyyən dəri xəstəlikləri, səpkilər yaranıbsa, bunun səbəbi təkcə tibbi maska olmaya da bilər. Bu zaman müayinədən keçmək və problemin səbəbini dəqiq öyrənmək lazımdır”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri