Sen
2020
01:10
53
182
11265
Virtual karabakh

Maska mədəniyyəti: Onlarda və bizdə - VİDEO

7 Sen, 2020
01:10
11265

Maska mədəniyyəti: Onlarda və bizdə - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Millətlər Liqasının Portuqaliya – Xorvatiya matçında Kristiano Ronaldonun görüntüləri maraqla qarşılanıb.

Oxu.Az xəbər verir ki, sözügedən qarşılaşmanı zədə səbəbindən kənardan izləyən Ronaldoya maska taxmadığı üçün stadion işçisi tərəfindən xəbərdarlıq edilib.

O isə heç bir etiraz etmədən maskasını taxıb və qarşılaşmanı izləməyə davam edib.

Maraqlı burasındadır ki, Ronaldonun tələblərə tabe olması sosial şəbəkələrdə geniş müzakirə olunub.

Hətta sosial şəbəkələrin Azərbaycan seqmentində dünya ulduzunun bu təvazökar hərəkəti bir neçə gün öncə maskasını taxsın deyə xəbərdarlığa məhəl qoymayan, əksinə aqressivlik edərək avtobus sürücüsünü vuran Bakı sakini ilə müqayisə olunub.

“Onlarda və bizdə” başlığı ilə paylaşılan video marağa səbəb olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri