11 
Sen
2020
16:26
25
71
1803
Virtual karabakh

Şöbə müdiri: “İbtidai siniflərin yaşına uyğun anlaşılan posterlər hazırlanıb”

11 Sen, 2020
16:26
1803

Şöbə müdiri: “İbtidai siniflərin yaşına uyğun anlaşılan posterlər hazırlanıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məktəblərdə görünən yerlərdə virusdan qorunmağın yollarını göstərən posterlər vurulub.

Bu sözləri Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın şərhi ilə bağlı Təhsil Nazirliyinin “Facebook” səhifəsində keçirilən onlayn mətbuat konfransında deyib.

O bildirib ki, xüsusilə ibtidai siniflərin yaşına uyğun anlaşılan posterlər hazırlanıb:

“Bu il biz birinci dərs saatlarının pandemiyaya həsr olunmasını tövsiyə edirik. Təklif edirik ki, uşaqlara gigiyena qaydalarını, distant və məsafədən təhsilin idarəsinə dair məsələləri və məsuliyyətli vətəndaşın davranışlarını aşılayan dərslər keçirilsin”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri