22 
Sen
2020
11:52
80
244
16286
Virtual karabakh

Məktəblər yenidən bağlanacaq? - RƏSMİ AÇIQLAMA

22 Sen, 2020
11:52
16286

Məktəblər yenidən bağlanacaq? - RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gecə Təhsil Nazirliyinin açıqladığı məlumata görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla, 121 nəfərdə koronavirus aşkarlanıb. 

Bu da sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Məktəblərin yenidən bağlanması gündəmə gəlib.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Oxu.Az-a açıqlamasında bildirib ki, dünən nazirliyin yaydığı məlumatı məktəblərin bağlanması ilə bağlı hazırlıq tədbiri kimi təqdim etmək doğru deyil:

“Bu, həftəlik bir məlumatdır və biz bunu yaymaqla məlumat vermişik. Bu, məktəblərin yenidən bağlanması, əyani təhsilin məhdudlaşdırılması demək deyil”.

O qeyd edib ki, koronavirus aşkarlanan şagirdlər ev şəraitində yoluxublar.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri