25 
Noy
2020
12:57
219
32
2828
Virtual karabakh

Beyləqanda evi tərk edən koronavirus xəstələri saxlandı - FOTO

25 Noy, 2020
12:57
2828

Beyləqanda evi tərk edən koronavirus xəstələri saxlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beyləqanda yaşadığı ünvanı tərk edən “COVID-19” xəstələri müəyyən edilib.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən iki nəfərin - rayon sakinləri X.Məmmədov və İ.Zeynallının  karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri  müəyyən edilib.

Həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısı alınıb və yenidən yaşadıqları ünvana gətiriliblər. Onlarla profilaktiki mövzuda söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğu, bütün dünyanın bu bəladan əziyyət çəkdiyi deyilib.

Beyləqan RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri