Yan
2021
10:05
30
210
3096
Virtual karabakh

DİN-dən ictimai yerlərdə aşkarlanan koronavirus xəstələri ilə bağlı AÇIQLAMA

2 Yan, 2021
10:05
3096

DİN-dən ictimai yerlərdə aşkarlanan koronavirus xəstələri ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yanvarın 1-də respublika ərazisində doqquz nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. 

Daxili İşlər Nazirliyindən bildirilib ki, onlardan səkkizi yaşadıqları evə, sağlamlıq vəziyyəti daha ağır olan bir nəfər isə xəstəxanaya yerləşdirilib. 

Dörd nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri