Yan
2021
11:57
67
199
8056
Virtual karabakh

Azərbaycanda baş direktorun müavini koronavirusdan vəfat etdi - FOTO

5 Yan, 2021
11:57
8056

Azərbaycanda baş direktorun müavini koronavirusdan vəfat etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda daha bir media nümayəndəsi koronavirusdan vəfat edib.

Oxu.Az-ın məlumatına görə, Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorunun müavini Elxan Ələsgərov bir müddət əvvəl koronavirusa yoluxub.

Bir müddət komada qalan E.Ələsgərov aparılan müalicələrə baxmayaraq, bu gün müalicə aldığı xəstəxanada koronavirus infeksiyasından ölüb.

Xatırladaq ki, Elxan Ələsgərov 1955-ci il mart ayının 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.

O, Bakı şəhər 150 saylı orta məktəbi 1972-ci ildə bitirib. Ali təhsilini Azərbaycan Texniki Universitetində alıb, rabitə-mühəndisi olub. “Azon” elmi-tədqiqat institutunda və Azərbaycanın Təhlükəsizlik orqanlarında calışıb. Minsk şəhərində yerləşən “Ali məktəbin” məzunudur. 1987-ci ildə Azərbaycan Xarici ölkələrlə mədəni əlaqələr “Dostluq” Cəmiyyətinin, 1988-ci ildə isə Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyətinin sədr müavini vəzifəsində işləyib.

E.Ələsgərov Qarabağ müharibəsinin iştirakçısı olub, hərbi rütbəsi polkovnikdir. 2000-2015-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən xarici ölkələrə dəfələrlə uzun müddətli ezamiyyətlərə göndərilib. 2000-2006-ci illərdə Türkiyənin paytaxtı Ankarada və 2008-2015-ci illərdə Niderland Krallığının Haaqa şəhərindəki Azərbaycan Respublikasının səfirliklərində diplomat kimi çalışıb.

O, “Qafqaz Albaniyası” və “Qafqaz”Araşdırma Mərkəzlərinin təsisçisi olub. Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin və Yazıçılar Birliyinin üzvü, 2 kitab, 200-dən çox məqalənin müəllifidir. “Əli və Nino” romanı haqqında Azərbaycanda aparılan ilk elmi araşdırmasına görə, ona filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Allah rəhmət eləsin!

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri