11 
Yan
2021
22:33
55
327
7166
Virtual karabakh

Pandemiya xəstəxanasının həkimi: “Virus insanı öldürməklə faktiki özünü məhv edir”

11 Yan, 2021
22:33
7166

Pandemiya xəstəxanasının həkimi: “Virus insanı öldürməklə faktiki özünü məhv edir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatı və alimlər koronavirusa qarşı peyvəndə güvənirlər. Ancaq virus daim mutasiyaya uğrayırsa, vaksin təsirli olacaqmı?

Media.Az bununla bağlı Pandemiya xəstəxanasının həkimi Rauf Qasımovla danışıb.

Həkimin sözlərinə görə, bu mövzuda elmi dairələrin fikirləri fərqlidir.

“Deyə bilərəm ki, bu virusun artıq 30 dəfə mutasiya olunduğuna dair fikirlər var. Peyvəndin effektivliyi baxımından da fikir birliyi yoxdur. Bəziləri virus mutasiyaya uğrasa belə, peyvəndin yeganə dərman olduğuna inanırlar. Digərləri, müntəzəm mutasiyanın, peyvəndin insan orqanizmini içərisinə daxil olan koronavirus ştamlarından qoruyacağına, ancaq digərlərinə qarşı gücsüz ola biləcəyini söyləyirlər. Üçüncü qrup alimlər, peyvəndin, viruslara qarşı (xüsusən də RNT-si olanlara) təsirsiz olduğunu düşünüb, ona ehtiyac olmadığını bildirirlər”.

Həkim bu yerdə qrip və paraqriplərdən söz açaraq, onların 100-dən çox ştammı olduğunu və mütəmadi olaraq mutasiya etdiyini bildirdi.

“İnsanlıq xeyli qrip epidemiyalarını xatırlayır. Bir çox ölkədə payız-qış mövsümündə mövsümi qrip epidemiyaları baş verir və bu viruslarla normal olaraq mövcudluğumuz davam edir”, - deyə o, bildirib.

Rauf Qasımov virusların insan hüceyrəsi xaricində mövcud ola bilməyəcəyini vurğulayıb:

“Buna görə, bir qayda olaraq, viruslar inkişaf edir, mutasiya edir və “aqressiv” olmağı dayandırır. Bir insanı öldürməklə virus əslində özünü məhv edir, bu isə ona sərf etmir”.

“Düşünürəm ki, zaman keçdikcə koronavirus bədənin canlı hüceyrələri ilə bir səviyyədə yaşamaq üçün mutasiya etmək və insanlara daha çox ziyan vurmağı dayandırmaq məcburiyyətində qalacaq”, - deyə həkim sözlərini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Azərbaycanda koronavirusla bağlı xəbərlər xəbərləri