16 
Yan
2021
12:06
223
99
5745
Virtual karabakh

Prezidentin köməkçisi: “Vaksinləri alıb saxlamağın mənası yoxdur”

16 Yan, 2021
12:06
5745

Prezidentin köməkçisi: “Vaksinləri alıb saxlamağın mənası yoxdur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycana iki milyon əhali üçün dörd milyon dozada vaksin sifariş olunub.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. 

O bildirib ki, vaksinlər hər kəsə iki dozada vurulacaq:

“Vaksin bir insana iki dozada vurulacaq. “Sinovac” şirkətinin regional nümayəndəsi vasitəsilə dörd milyon doza almışıq. Azərbaycana hələ bunun az bir hissəsi gətirilib, şirkət istehsal etdikcə qalanları da gətiriləcək. Vaksinləri alıb saxlamağın mənası yoxdur. Vaksinasiya başlasın, mərhələli şəkildə bu proseslərə baxılacaq”.

“Çoxtərəfli platformada isə əhalinin 10 faizi, yəni 1 milyon adam üçün iki milyon dozanın alınması ilə bağlı müqavilə imzalanıb. Əlavə olaraq 10 faiz də artırmaq imkanımız var. Eyni zamanda virusa yoluxub sağalan insanlara vaksin vurulmur. Çünki onlarda artıq immunitet yaranıb. Beləliklə növbəti aylarda da yoluxub-sağalanlar olacaq. Bütün hallarda ehtimal edirik ki, bu, bizə kifayət edəcək”, - deyə Ş.Mövsümov qeyd edib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri