22 
Yan
2021
12:55
28
217
6652
Virtual karabakh

Azərbaycanda təhsil haqlarının ləğv edilməsi ilə bağlı məsələyə nazirdən REAKSİYA

22 Yan, 2021
12:55
6652

Azərbaycanda təhsil haqlarının ləğv edilməsi ilə bağlı məsələyə nazirdən REAKSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bəzi hallarda təhsil haqqının ümumiyyətlə ləğv edilməsi və onların hamısının dövlət tərəfindən ödənilməsi təklif edilir”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

O bildirib ki, təklif edilən sistemə keçilsə, bu, o, deməkdir ki, rəqabət şəraitindən imtina etməli olacağıq:

“Hazırda Azərbaycanın ali təhsil müəssisələrində 182 min tələbə təhsil alır. Onlardan 167 mini bakalavrda, 15 mini isə magistraturada oxuyur. 11 500 tələbəyə ölkə rəhbərliyinin xüsusi göstərişi ilə sosial yardım edilib. Bu gün ali təhsil alan tələbələrin hər 100-nün 56-sı dövlət hesabına oxuyur.

Hazırda 1-ci kursda oxuyan tələbələrin 60 faizindən çoxu dövlət hesabına təhsil alır. Bu, o deməkdir ki, onların təhsil haqqı problemi yoxdur”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri