Fev
2021
14:42
15
155
8764
Virtual karabakh

Həkim koronavirusun saç tökülməsinə təsirlərindən danışdı

1 Fev, 2021
14:42
8764

Həkim koronavirusun saç tökülməsinə təsirlərindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirusdan sağalan bir çox pasiyentlər şiddətli saç tökülməsi ilə bağlı müraciət edirlər.

Bunu Media.az-a müsahibəsində həkim trixoloq Gültəkin Abdullayeva koronavirusun saç strukturuna nə dərəcədə təsir etdiyi ilə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, şiddətli saç tökülməsi sağaldıqdan 6-10 həftə sonra başlayır və həm gənc, həm də yaşlı xəstələrdə müşahidə edilir.

Müsahib postkovid dövründə xəstələrdə bu halın mümkün səbəblərini və patogenezini də sadalayıb. O, ilk olaraq xəstəliyin yaratdığı ağır intoksikasiyanı göstərib.

“Bundan başqa insanın bədəni və immun sistemi əvvəllər görünməmiş və ya tanınmayan bir virusla qarşılaşdıqda böyük bir stres altına düşür. Həmçinin ağır xəstələrin müalicəsində istifadə edilən antiviral dərmanlar, ağır antibiotik birləşmələri, antikoagulyantlar, xinin preparatları və digərləri ciddi saç tökülməsi kimi yan təsirlərə səbəb ola bilər”.

G.Abdullayeva dördüncü səbəb kimi ağır koronavirus xəstələrində immunitet reaksiyası olan sitkoin fırtınasının da şiddətli saç tökülməsi ilə nəticələnə biləcəyini vurğulayıb.

Bununla belə, o, bir çox hallarda saç tökülməsinin tibbi müdaxilə olmadan da bir neçə ay ərzində sabitləşdiyini vurğulayıb.

“Ancaq həddindən artıq narahatlıq saç tökülməsini daha da sürətləndirir. Həqiqət budur ki, saçlarını tamamilə tökülməsindən qorxan bir insan davamlı stres altındadır və bu da bərpa prosesini çətinləşdirir. Bəzi hallarda stresdən saç tökülməsi uzun illər müalicə tələb edir. Əlbəttə ki, burada artıq mütəxəssisin köməyinə ehtiyac var”, - deyə trixoloq əlavə edib.

Mütəxəssis saçların daha sağlam və gözəl qalması üçün ilk olaraq sağlam həyat tərzinin vacibliyini vurğulayıb.

“Balanslaşdırılmış pəhriz saç daxil olmaqla bütün bədən üçün əsas vitamin və mineralların mənbəyidir. Təcrübəmdə tez-tez qadınların sərt pəhriz saxladıqları hallarına rast gəlirəm ki, bu da saçların keyfiyyətinin pisləşməsinə səbəb olur, həmçinin şiddətli saç tökülməsinə gətirib çıxarır”.

Bundan əlavə, həkim saç baxımı məhsullarının - şampunların, balzamların, lazım olduqda qidalandırıcı maskaların, yağların düzgün seçilməsinin vacibliyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Azərbaycanda koronavirusla bağlı xəbərlər xəbərləri