Fev
2021
13:25
18
202
7031
Virtual karabakh

Nazirlikdən hospitalda uşaqlar üçün xüsusi çarpayıların yerləşdirilməsi ilə bağlı xəbərlərə REAKSİYA

1 Fev, 2021
13:25
7031

Nazirlikdən hospitalda uşaqlar üçün xüsusi çarpayıların yerləşdirilməsi ilə bağlı xəbərlərə REAKSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi Zığdakı modul tipli hospitalda uşaqlar üçün xüsusi çarpayıların yerləşdirilməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Nazirliyin məlumatında deyilir:

“Son günlər bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Bakı şəhərinin Zığ qəsəbəsində yerləşən koronaviruslu (COVID-19) xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında koronavirus infeksiyasına yoluxmuş uşaqlar üçün xüsusi çarpayıların yerləşdirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır.

Nazirlik olaraq bu məlumatları qəti şəkildə təkzib edir və kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək, rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırır, ictimaiyyətdən isə yalnız rəsmi məlumatlara etibar etməyi xahiş edirik”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri