Fev
2021
11:34
23
121
7246
Virtual karabakh

2020-ci ildə təcili tibbi yardıma edilən müraciətlərin sayı 82 faiz artıb - RƏSMİ

4 Fev, 2021
11:34
7246

2020-ci ildə təcili tibbi yardıma edilən müraciətlərin sayı 82 faiz artıb - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2019-cu il ilə müqayisədə 2020-ci ildə təcili tibbi yardıma edilən müraciətlərin sayı 82 faiz artıb”.

Oxu.Az-ın məlumatına görə, bu barədə bu gün keçirilən brifinqdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib. 

O bildirib ki, ötən il ərzində icbari tibbi sığortanın tətbiq olunduğu 23 inzibati ərazi üzrə 35 min 287 sayda cərrahi əməliyyat həyata keçirilib:

“Bu isə 2019-cu illə müqayisədə 7% artım deməkdir”.

O da qeyd olunub ki, koronavirusla mübarizə çərçivəsində ölkədə planlı əməliyyatların həyata keçirilməsi müəyyən dövrə qədər təxirə salınıb.

“İcbari tibbi sığortanın tətbiq olunduğu 23 inzibati ərazidə fəaliyyət göstərən 7 tibb müəssisəsi koronavirus pandemiyası ilə əlaqədar karantinə bağlanıb”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri