21 
Mar
2021
16:46
65
569
12543
Virtual karabakh

Azərbaycanda daha 814 nəfər koronavirusa yoluxub - FOTO

21 Mar, 2021
16:46
12543

Azərbaycanda daha 814 nəfər koronavirusa yoluxub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına daha 814 yeni yoluxma faktı qeydə alınıb, 342 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 246 304 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 876 nəfər müalicə olunaraq sağalıb, 3 351 nəfər vəfat edib, aktiv xəstə sayı 10 077 nəfərdir.

Ölkədə son sutka ərzində 8 386 , hazırkı dövrədək isə 2 776 535  test aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri