22 
Mar
2021
17:08
70
629
27297
Virtual karabakh

Azərbaycanda koronavirusdan vəfat edənlərin sayı daha da artdı - FOTO

22 Mar, 2021
17:08
27297

Azərbaycanda koronavirusdan vəfat edənlərin sayı daha da artdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 670 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 246 974 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 233 087 nəfər müalicə olunaraq sağalıb, 3366 nəfər vəfat edib, aktiv xəstə sayı 10 521 nəfərdir.

Ölkədə son sutka ərzində 5928, hazırkı dövrədək isə 2 782 463 test aparılıb.

Qeyd edək ki, ötən gün Azərbaycanda 814 nəfər koronavirusa yoluxmuş, 12 nəfər isə vəfat etmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri