31 
Mar
2021
15:40
86
566
26747
Virtual karabakh

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - FOTO

31 Mar, 2021
15:40
26747

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 237 yeni yoluxma faktı qeydə alınıb, 787 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 261 713 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 238 125 nəfər müalicə olunaraq sağalıb, 3 567 nəfər vəfat edib, aktiv xəstə sayı 20 021 nəfərdir.

Ölkədə son sutka ərzində 14 885, hazırkı dövrədək isə 2 873 658 test aparılıb.

Xatırladaq ki, dünən ölkədə 2 146 nəfər koronavirusa yoluxmuşdu.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri