25 
May
2021
12:44
193
601
19560
Virtual karabakh

Toylarda iştirak etmək istəyənlərin nəzərinə: COVID pasportu tətbiq olunacaq - RƏSMİ

25 May, 2021
12:44
19560

Toylarda iştirak etmək istəyənlərin nəzərinə: COVID pasportu tətbiq olunacaq - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda koronavirus (COVID) pasportu tətbiq olunacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, iki doza vurulanlara vaksin sertifikatı veriləcək: 

“Digər sənəd isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVID pasportu adlanacaq. İlkin olaraq bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər”.

“Gələcəkdə bu yanaşmanın toylara tətbiqi planlaşdırılır. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVID pasportu tətbiq olunacaq”, - deyə o əlavə edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri