19 
İyn
2021
17:28
415
40
11470
Virtual karabakh

Azərbaycanda son sutkada koronavirusdan ölüm qeydə alınmadı - FOTO

19 İyn, 2021
17:28
11470

Azərbaycanda son sutkada koronavirusdan ölüm qeydə alınmadı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində COVID-19-dan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 462 nəfər müalicə olunaraq sağalıb, 4 961 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 1 014 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 254, bu günə qədər isə ümumilikdə 3 668 281 test icra olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri