22 
İyl
2021
19:41
37
342
9552
Virtual karabakh

Azərbaycanda son sutkada koronavirusa 212 yeni yoluxma faktı qeydə alınıb - FOTO

22 İyl, 2021
19:41
9552

Azərbaycanda son sutkada koronavirusa 212 yeni yoluxma faktı qeydə alınıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 212 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından bir nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 339 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 629 nəfər müalicə olunaraq sağalıb, 4 999 nəfər vəfat edib. 2 646 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 655, bu günə qədər isə ümumilikdə 3 943 568 test icra olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri