28 
İyl
2021
17:42
101
698
25124
Virtual karabakh

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı: Ölənlər var - FOTO

28 İyl, 2021
17:42
25124

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı: Ölənlər var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 341 933 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 393 nəfər müalicə olunaraq sağalıb, 5014 nəfər vəfat edib, aktiv xəstə sayı 4526 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11058, ötən müddət ərzində isə ümumilikdə 4 003 650 test aparılıb.

Qeyd edək ki, Azərbaycanda dünən koronavirusa 468 yoluxma faktı qeydə alınmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri