22 
Sen
2021
10:58
44
154
2792
Virtual karabakh

Azərbaycanda vaksinasiya prosesi və peyvəndləmə haqqında təbliğat kampaniyaları davam edir - VİDEO

22 Sen, 2021
10:58
2792

Azərbaycanda vaksinasiya prosesi və peyvəndləmə haqqında təbliğat kampaniyaları davam edir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün növbəti təbliğat kampaniyasını həyata keçirir.

Oxu.Az xəbər verir ki, “Birimiz hamımız üçün peyvənd olunaq” şüarı altında həyata keçirilən təbliğat kampaniyası “Peyvənd olunaq - darıxdığımız həyatı qaytaraq” şüarının davamı olmaqla yanaşı, vaksinasiyanın yaxınlarımızı və təmasda olduğumuz hər kəsi qorumağın əsas yolu olduğunu göstərir.

Kampaniya üçün nəzərdə tutulan sosial media məzmunu, video və radioçarxlar, çöl reklamları və çap materiallarında darıxdığımız həyatı qaytarmağa dəstək olan şəxslərə minnətdarlıq edilir, COVID-19 pandemiyasından xilas olmağın yeganə yolunun vaksinasiya olduğu əks olunur.

Kampaniya çərçivəsində işıq üzü görən videoçarx vaksin olunan şəxslərə “təşəkkür” xarakterlidir. Yanvar ayından etibarən başlayan və hazırda da davam edən vaksinlənmə prosesi nəticəsində bağlı olan əksər iş yerləri açılıb və iş saatları normaya qayıdıb.

Əsas mesaj isə ondan ibarətdir ki, peyvənd olunmaq şəxsi yox, cəmiyyət ilə bağlı verilən qərardır. Təbliğat kampaniyasının şüarı da bu düşüncələri tamamlayır: “Birimiz hamımız üçün peyvənd olunaq”.

Kampaniyanın kommunikasiya strategiyası “Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri