27 
Sen
2021
16:42
87
231
11858
Virtual karabakh

Azərbaycanda son sutkada koronavirusa 558 nəfər yoluxub - FOTO

27 Sen, 2021
16:42
11858

Azərbaycanda son sutkada koronavirusa 558 nəfər yoluxub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son sutkada Azərbaycanda koronavirusa (COVID-19) 558 yeni yoluxma faktı qeydə alınıb, 1 241 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 481 401 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 452 968 nəfər müalicə olunaraq sağalıb, 6 476 nəfər vəfat edib, aktiv xəstə sayı 21 957 nəfərdir.

Ölkədə son sutka ərzində 6 684, hazırkı dövrədək isə 4 830 338 test aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri