31 
Okt
2021
11:23
46
186
1817
Virtual karabakh

Zərdabda karantinə görə toy sahibləri cərimələnib

31 Okt, 2021
11:23
1817

Zərdabda karantinə görə toy sahibləri cərimələnib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zərdab Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçiriblər.

Tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisləri müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı rayonun Allahqulubağı, Qoruqbağı və Sarıqaya kəndlərində yerləşən fərdi yaşayış evlərində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntusuna yol vermiş ev sahibləri Ç.Abbasov, Ə.Kərimov və A.Babayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri