24 
Noy
2021
12:28
16
144
3021
Virtual karabakh

Vaksinlər təzyiqi qaldırır? - AÇIQLAMA

24 Noy, 2021
12:28
3021

Vaksinlər təzyiqi qaldırır? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzi vətəndaşlar koronavirus əleyhinə vaksinasiyadan sonra onlarda tez-tez arterial təzyiqin yüksəlməsi hallarının baş verdiyini iddia edirlər.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, bunun vaksinasiya ilə heç bir əlaqəsi yoxdur.

“Arterial təzyiq vaxtaşırı kimdəsə yaranır. Nəzərə alsaq ki, bu gün əksər insanlar vaksin olunub. Lakin təzyiqin qalxmasını bununla əlaqələndirmək düzgün deyil”, - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 23-nə olan məlumata görə, ölkədə vurulan vaksinlərin ümumi sayı 10 328 843, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 055 303, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 532 579, buster doza üzrə vaksinasiya olunanların sayı isə 740 961 təşkil edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri