28 
Dek
2021
17:24
265
40
1747
Virtual karabakh

Prezidentin köməkçisi: “Ciddi məhdudiyyətlərin Azərbaycanda tətbiqinə ehtiyac yoxdur”

28 Dek, 2021
17:24
1747

Prezidentin köməkçisi: “Ciddi məhdudiyyətlərin Azərbaycanda tətbiqinə ehtiyac yoxdur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Omikron” ştammının yaranması və geniş yayılması bizi də narahat edir”.

Oxu.Az xəbər verir ki, bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. 

O bildirib ki, “Omikron” “Delta” ştammına nisbətən dörd dəfə daha sürətlə yayılır və biz bunu başqa ölkələrdə müşahidə edirik:

“Niderlandda milad bayramı ləğv edilib və yanvara qədər məhdudiyyətlər tətbiq ediləcək. Yunanıstanda da eynilikdə milad ləğv edilib və 60 yaşdan yuxarı şəxslərin vaksinasiyanın məcburi olması barədə qərar qəbul edilib. Portuqaliyada bütün bar və restoranlar bağlanıb, Çexiyada restoranlar yalnız saat 10-a qədər fəaliyyət göstərə bilər və s. İspaniyada hər yerdə, açıq və qapalı məkanlarda tibbi maska taxılması məcburidir. Almaniyada 10 nəfərdən çox toplaşmaq qadağandır, Avstraliyada isə artıq vəziyyət lokdaun səviyyəsinə çatıb. 

Bütün bunları səsləndirməkdə məqsədim odur ki, vəziyyət gərgin olaraq qalır. Bu kimi ciddi məhdudiyyətlərin Azərbaycanda tətbiqinə ehtiyac yoxdur. Ölkəmizdə düzgün düşünülmüş vaksinasiya prosesi tətbiq edilir və biz özümüzü yaxşı qorumuşuq. Yoluxma sayında da azalma var. Lakin unutmamalıyıq ki, sadalanan vəziyyətin ölkəmizdə də müşahidə edilməsi mümkün ola bilər və buna görə də qaydalara düzgün riayət etmək önəmlidir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri