30 
Dek
2021
22:14
19
153
6049
Virtual karabakh

Dövlət orqanlarının əməkdaşları üçün COVID sertifikatına dair yeni tələb müəyyənləşib

30 Dek, 2021
22:14
6049

Dövlət orqanlarının əməkdaşları üçün COVID sertifikatına dair yeni tələb müəyyənləşib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələn il fevralın 15-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb ediləcək.

Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edib.

Bundan əvvəl 2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələbi müəyyənləşmişdi.

Qeyd edək ki, dövlət orqanlarının (qurumlarının) əməkdaşları ilə bağlı bu tələb COVID sertifikatlarının etibarlılıq müddətinə dair tələbin dəyişməsi ilə əlaqədardır. Çünki 2022-ci il fevralın 15-dən COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.

Etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri