Yan
2022
19:44
40
127
1449
Virtual karabakh

Cəlilabadda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

6 Yan, 2022
19:44
1449

Cəlilabadda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabadda yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, rayon sakini İ.Hüseynova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri