13 
May
2023
22:01
17
200
2120
Virtual karabakh

Azərbaycanda daha 10 nəfər COVID-19-a yoluxub - FOTO

13 May, 2023
22:01
2120

Azərbaycanda daha 10 nəfər COVID-19-a yoluxub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 648 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 279 nəfər müalicə olunaraq sağalıb, 10 268 nəfər vəfat edib, aktiv xəstə sayı 101 nəfərdir.

Ölkədə son sutka ərzində 851, hazırkı dövrədək isə 7 603 622 test aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri