18 
Fev
2016
14:32
66
172
15972
yuxarı
Bakıda yol polisinin maşınını çəkicləyən şəxslə bağlı – YENİ MƏLUMAT
18 Fev, 2016
14:32
15972
66
172
Bakıda yol polisinin maşınını çəkicləyən şəxslə bağlı – YENİ MƏLUMAT
DİN məlumat yaydı.
Daxili İşlər Nazirliyi Bakıda yol polisi avtomobilinin vətəndaş tərəfindən əzilməsi barədə məlumat yayıb.
Nazirlikdən Oxu.Az-a daxil olan məlumatda qeyd olunur ki, fevralın 17-də saat 14.00 radələrində Nərimanov rayonunun G.Qədirbəyova küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Bəylərov həmin ərazidə xidmət aparan BMW markalı “99-YP-423” dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb.
Ş.Bəylərov Nərimanov rayon 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və sərxoş halda olması müəyyən edilib. Ondan 302,477 qram heroin götürülüb.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək