19 
Noy
2016
11:10
64
262
39487
Virtual karabakh

Bakıda YPX avtomobilini çəkiclə əzən şəxsdən xəbər var

19 Noy, 2016
11:10
39487

Bakıda YPX avtomobilini çəkiclə əzən şəxsdən xəbər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Yol Patrul Xidməti (YPX) avtomobilinin müxtəlif hissələrini çəkiclə sındıran Şahin Bəylərovun ibtidai istintaqı yekunlaşıb.

Oxu.Az bildirir ki, bu barədə report-a zərərçəkmişin etibarnamə əsasında nümayəndəsi Nicat Ələkbərzadə məlumat verib.

Onun sözlərinə görə, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Ş.Bəylərovun iş materialları ilə tanış olma mərhələsi başlayıb. Nümayəndə işin yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyini deyib.

N.Ələkbərzadə, həmçinin bildirib ki, vurulumuş zərərin ödənilməsi ilə bağlı mülki iddia irəli sürülüb və istintaq dövründə zərər ödənilməyib.

Qeyd edək ki, bu il fevral ayının 18-də Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Nərimanov rayonunun G.Qədirbəyova küçəsində əvvəllər məhkum edilmiş Ş.Bəylərov həmin ərazidə xidmət aparan "BMW" markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb. Daha sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəxsin sərxoş halda olması müəyyən edilib. Ondan 302,477 qram heroin götürülüb.

O, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri