Yan
2017
18:30
8
304
4999
Virtual karabakh

Bakıda məhbus şalvarının kəməri ilə özünü asaraq intihar edib

6 Yan, 2017
18:30
4999

Bakıda məhbus şalvarının kəməri ilə özünü asaraq intihar edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus şalvarının kəməri ilə özünü asaraq intihar edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Nizami rayonu, Böyük Şor qəsəbəsində yerləşən 15 saylı ciddi rejimli Cəzaçəkmə Müəssisəsində baş verib. 

Belə ki, 1984-cü il təvəllüdlü Aslanov Mahir Nazir oğlu müəssisənin yaşayış sahəsində yerləşən idman kompleksindəki meydançanın tavanından özünü şalvarının kəməri ilə asıb. 

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri