Yan
2017
12:06
6
94
4894
Virtual karabakh

DİN “Dəmirçi Tower”da törədilən qətllə bağlı məlumat yayıb

9 Yan, 2017
12:06
4894

DİN “Dəmirçi Tower”da törədilən qətllə bağlı məlumat yayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi  (DİN) “Dəmirçi Tower”da törədilən qətllə bağlı məlumat yayıb.

Oxu.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən “Dəmirçi Tower” MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə, sürücü - Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib. 

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan “COBALT” markalı tüfəng götürülüb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri