11 
Yan
2017
21:09
11
178
20339
Virtual karabakh

Yoxa çıxan Təranə ilə bağlı – YENİ FAKTLAR + FOTO

11 Yan, 2017
21:09
20339

Yoxa çıxan Təranə ilə bağlı – YENİ FAKTLAR + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda bacısının qətlində şübhəli bilinərək tutulan, əməli sübuta yetirilmədiyi üçün sonradan sərbəst buraxılan Fuad Ağayev yenidən Xoşqədəm Hidayətqızının verilişinə çıxıb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, tutulmamışdan əvvəl də telekanala müraciət edən F.Ağayev bacısı Nazəndə ilə birgə verilişə gəlib. 

Burada məlum olub ki, 2012-ci ildə Təranə Ağayeva itkin düşməzdən 2 ay əvvəl evdən qaçıbmış. Daha sonra isə o, birlikdə qaçdığı oğlanın onu yarı yolda atması səbəbindən evə qaytarılıb. Polislər gecə saatlarında gənc qızı meşəlikdən tapıb bölməyə gətiriblər və daha sonra o, ailəsinə təhvil verilib. Hadisədən bir müddət sonra isə T.Ağayeva yoxa çıxıb.

F.Ağayev bildirib ki, bacısı qeyri-sağlam həyat tərzi sürən şəxslərlə münasibətdə olub və onlar Təranəni yoldan çıxarıb. 

Hazırda T.Ağayevanın ölüsündən, ya dirisindən xəbər yoxdur.

Qeyd edək ki, Lənkəran rayonunun Nərimanabad qəsəbəsində itkin düşdüyü deyilən 24 yaşlı Təranə Ağayevanın qardaşı tərəfindən öldürüldüyü bildirilsə də, bu iddia təsdiqini tapmayıb və polis tərəfindən saxlanılmış Fuad Ağayev sərbəst buraxılıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri