12 
Yan
2017
14:45
19
177
4505
Virtual karabakh

Bakıda tapança ilə silahlanmış şəxslər evə basqın edib

12 Yan, 2017
14:45
4505

Bakıda tapança ilə silahlanmış şəxslər evə basqın edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yaşayış evinə silahlı basqın olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da rayon ərazisində yaşayan Elmir Hümbətzadənin evində bıçaq və silaha bənzər əşya ilə onu hədələyib oradan 450 manat, 2 ədəd mobil telefon və 3 noutbuk aparmaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Nahid EyvazovElman Sadıqov tutulublar.

N.Eyvazovdan hadisəni törədərkən istifadə etdiyi “Zoraki Mod-914” markalı pnevmatik tapança, 8 ədəd patron və 1 ədəd bıçaq götürülüb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri