16 
Yan
2017
13:35
26
238
5268
Virtual karabakh

NİDA üzvünə hökm oxundu

16 Yan, 2017
13:35
5268

NİDA üzvünə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə E. Qəhrəman son söz deyib.

O, günahsız olduğunu bildirib.

Sonra hökm oxunub. Hökmə əsasən, E. Qəhrəman 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində ötən il avqustun 13-də 4 aylıq həbs qətimkan tədbiri seçilib.

E. Qəhrəman barəsində Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə cinayət işi başlanıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri