17 
Fev
2017
17:10
677
149
51630
Virtual karabakh

Bakıda gecə klubuna gələn qıza təcavüz etdilər

17 Fev, 2017
17:10
51630

Bakıda gecə klubuna gələn qıza təcavüz etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərimanov Rayon Polis İdarəsinə təcavüz haqqında müraciət daxil olub. 

Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a adıçəkilən rayonun polis idarəsindən bildirilib. Şikayət edən Göygöl rayonunun 20 yaşlı sakini G.T. olub. O bildirib ki, fevralın 16-da saat 04:30 radələrində Tural adlı gənc tərəfindən zorlanıb.   

Zərərçəkənin sözlərinə görə, cinayət markası və nömrəsi müəyyən edilməmiş avtomobildə baş verib. Amma qız cinayətin harada baş verdiyini dəqiq bilir. Onun sözlərinə görə, hadisə Əhməd Rəcəbli küçəsində, 33 nömrəli binanın qarşısında baş verib.  

Zərərçəkənin sözlərinə görə, onlar Tural ilə gecə klubunda xoş vaxt keçiriblər. Doyunca rəqs etdikdən sonra onlar evə qayıtmaq qərarına gəliblər, amma o, ağlına da gətirməzdi ki, onunla yanaşı oturan oğlanın məkrli fikirləri var. Polisdən qeyd ediblər ki, işin materialları rayon prokurorluğuna veriləcək: “Qoy orada aydınlaşdırsınlar”. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri