10 
Mar
2017
09:47
22
267
25092
Virtual karabakh

Bakı-Sumqayıt yolunda qəza törədən sürücünü hansı cəza gözləyir?

10 Mar, 2017
09:47
25092

Bakı-Sumqayıt yolunda qəza törədən sürücünü hansı cəza gözləyir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Bakı-Sumqayıt yolunda 5 tələbənin ölümünə, 21-nin yaralanmasına səbəb olan “Ford”un sürücüsü Namiq Hüseynov 7 ildən 12 ilədək azadlıq məhrum edilə bilər.

Oxu.Az xəbər verir ki, yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov AzVision.az-a bildirib ki, qəza törədən şəxsin sürücülük hüququ varsa, qüvvədə olan Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.

Ekspertin fikrincə, onun “sürücülük hüquqi varsa” hissəsi xüsusi vurğulanmalıdır: 

“Ola bilər ki, sürücünün “D” kateqoriyası yoxdur, sürücülük vəsiqəsinin müddəti bitib və yaxud sərxoşluq halı aşkar olunub.

Bu hallar yoxdursa, sürücü 5 illik sürücülük hüququndan məhrum edilməklə, 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Təcrübədən çıxış etsək, deyə bilərik ki, bu sürücüyə 9-10 il iş veriləcək”. 

Ə.Hüseynov vurğulayıb ki, qəza törədən şəxsin sürücülük hüququ olmasa, vəsiqənin müddəti bitsə və yaxud hər hansı bir sərxoşluq halı müəyyən olunarsa, o zaman Cinayət Məcəlləsinin 263-1.4 maddəsinə əsasən məsuliyyətə cəlb olunacaq: 

“Bu maddəyə əsasən, sürücü 5 illik sürücülük hüququndan məhrum edilməklə 7 ildən 12 ilədək azadlıq məhrum ediləcək”.

Qeyd edək ki, dəhşətli qəzaya səbəb olan 50-BN-132 dövlət qeydiyyat nişanlı “Ford” markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu saxlanılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri