12 
Mar
2017
09:50
31
172
2811
yuxarı
Goranboyda məcburi köçkün həmyerlisini daşla qətlə yetirilib
12 Mar, 2017
09:50
2811
31
172
Goranboyda məcburi köçkün həmyerlisini daşla qətlə yetirilib
Goranboyda qətl hadisəsi törədilib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qaraçinar kəndində baş verib.
Kəlbəcər rayonundan məcburi köçkün olan 1971-ci il təvəllüdlü Natiq Qafarov mübahisə zəminində daş ilə həmyerlisi 1966-cı il təvəllüdlü Mübariz Məmmədovun başına vuraraq onu qətlə yetirib.
N. Qafarov saxlanılıb. Faktla bağlı Xocalı rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
A.M.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək