15 
Mar
2017
15:27
140
79
7488
Virtual karabakh

Sabiq polis mayoruna bəraət verildi

15 Mar, 2017
15:27
7488

Sabiq polis mayoruna bəraət verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Apellyasiya Məhkəməsi sabiq polis mayoruna bəraət verib.

Oxu.Az xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat yayıb. 

O bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov sabiq polis mayoru (Bakı şəhərində olan Polis Bölmələrindən birinin sabiq rəis müavini) Nazim Hüseynovu AR CM-nin 178.3.2-ci maddəsilə təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdi:

“O vaxt Ənvər Seyidov mənə bildirmişdi ki, hökmümü heç kim ləğv edə bilməz. Qeyd edilən qərara apellyasiya şikayəti verdim və bu gün Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi hüquqlarını müdafiə etdiyim şəxsə bəraət verdi. N.Hüseynov günahsız yerə 8 ay həbsdə saxlanılıb. Bayramqabağı bu ailəyə bəxş etdiyim sevincə görə çox xoşbəxtdəm”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri