17 
Mar
2017
19:33
43
224
20507
Virtual karabakh

Azadlığın arzusunda – FOTO

17 Mar, 2017
19:33
20507

Azadlığın arzusunda – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamının icrası başa çatıb. Sərəncam ümumilikdə 423 nəfərə şamil olunub. Sənədlə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Əfv edilənlər arasında qadınlar da var. Ümumilikdə 18 qadın məhbusun adı sərəncama düşüb. Onlardan 14-ü cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsində azadlığa çıxacağı günü həsrətlə gözləyən onlarla qadın məhbus var. Törətdikləri cinayət əməlinə görə, azadlıqları əlindən alınan bu qadınlar nə vaxtsa əfvə düşüb, dəmir barmaqlıqlardan xilas olacaqlarına ümid edirlər. 

Özlərinin dedikləri kimi, məhbus üçün ümid heç vaxt ölmür. 

Oxu.Az AzVision.az-a istinadən 4 saylı qadın cəzaçəkmə müəssisəsindən çəkilən fotoları təqdim edir:

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri